[Azərbaycan tərcüməsi]
Onlar bir-birindən nə haqqında soruşurlar?[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Böyük xəbər (qiyamət) haqqında![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(O xəbər ki,) onun barəsində ixtilafdadırlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Xeyr! Onlar tezliklə biləcəklər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Xeyr! Xeyr! Onlar tezliklə biləcəklər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Biz yer üzünü döşəmədikmi?![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Dağları da dirəklər etmədikmi?![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Sizi (kişi və qadın olmaqla) cüt yaratdıq.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Yuxunuzu istirahət vasitəsi etdik.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Gecəni (sizin üçün) örtük etdik.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Gündüzü də (sizin üçün) çalışıb ruzi qazanma vaxtı etdik.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Üstünüzdə yeddi möhkəm göy inşa etdik.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Və (orada) çox parlaq bir qəndil (günəş) yaratdıq.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Topa buludlardan şırıl-şırıl tökülən su endirdik ki,[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onunla (torpaqdan) toxum və bitki çıxardaq,[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Və (ağacları) bir-birinə sarmaşan bağlar (yaradaq).[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Şübhəsiz ki, (haqq ilə batili) ayırd etmə gününün vaxtı təyin edilmişdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Sura üfürüləcəyi gün siz dəstə-dəstə (Allahın hüzuruna) gələcəksiniz.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Göydə bir çox qapılar açılacaqdır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Dağlar hərəkətə gətiriləcək və ilğım kimi olacaqdır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]