[Azərbaycan tərcüməsi]
(Ey Peyğəmbər!) De: “Cinlərdən bir dəstənin (oxuduğum Quranı) dinləyib belə dedikləri mənə vəhy olundu: “Biz heyrətamiz bir Quran eşitdik.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O, doğru yola yönəldir. Ona görə də biz ona iman gətirdik və əsla heç kimi Rəbbimizə şərik qoşmayacağıq![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Şübhəsiz ki, Rəbbimizin şanı çox ucadır! Onun nə zövcəsi, nə də övladı vardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Həqiqətən, bizim səfehimiz (İblis) Allah haqqında həddindən artıq yalan danışırmış.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Halbuki biz insanların və cinlərin Allaha qarşı əsla yalan danışmayacaqlarını zənn etmişdik.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Həqiqətən, insanlardan bəziləri cinlərdən bəzilərinə sığınır və onların azğınlıqlarını artırırdılar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar da sizin kimi Allahın heç kəsi təkrar diriltməyəcəyini zənn etmişdilər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Biz (cinlər) göyə qalxıb onu yoxladıq, onun güclü gözətçilərlə və yandırıb-yaxan ulduzlarla dolu olduğunu gördük.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Biz qulaq asmaq üçün onun (göyün) bəzi yerlərində otururduq. Ancaq indi kim qulaq asmaq istəsə, yandırıb-yaxan bir ulduzun (pusquda) onu gözlədiyini görər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Biz bilmirik ki, bununla yer üzündəkilər üçün şər istənilmiş, yoxsa Rəbbi onlar üçün xeyir istəmişdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bizim aramızda yaxşılar da var, başqa cür olanlar da. Biz müxtəlif yollar tutmuşuq.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Biz anladıq ki, nə yerdə, nə də göyə qaçaraq Allahı aciz qoya bilərik (Allahın əzabından yaxa qurtara bilmərik).[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Biz doğru yolu göstərəni (Quranı) dinlədiyimiz zaman ona iman gətirdik. Kim Rəbbinə iman gətirərsə, nə (haqqının) əskik verilməsindən, nə də haqsızlığa məruz qalmaqdan qorxar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bizdən müsəlman olanlar da var, haqq yoldan azanlar da. Müsəlman olanlar doğru yolu axtarıb tapanlardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Haqq yoldan azanlar isə cəhənnəmin odunlarıdır”. (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, Həzrət Peyğəmbər Taif səfərindən qayıdarkən Bətni-nəhlə deyilən bir yerdə sübh namazını qıldırdığı əsnada cinlərdən bir dəstə onun oxuduğu Quranı eşidib qulaq asmışdılar. Həzrət Peyğəmbər o anda onları görməmiş, daha sonra bu ona yuxarıdakı ayələrlə bildirilmişdir.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Əgər onlar (cinlər) doğru yolda getsəydilər, Biz onlara bol-bol su verərdik ki,[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bununla onları sınayaq. Kim Rəbbini anmaqdan üz çevirərsə, Allah onu çətin bir əzaba salar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Şübhəsiz ki, məscidlər Allahındır. Ona görə də Allahdan başqa heç kəsə dua etməyin![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allahın qulu (Mühəmməd) dua etmək üçün qalxdığı zaman az qala onlar (cinlər) onun ətrafında keçə kimi bir-birinə yapışırdılar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
De: “Mən yalnız Rəbbimə dua edirəm və heç kimi Ona şərik qoşmuram”.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]