[Azərbaycan tərcüməsi]
Əlif, Lam, Mim![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Barəsində heç bir şübhə olmayan bu Kitab aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Yoxsa onlar: “Onu özündən uydurmuşdur!” - deyirlər? Əksinə, o, səndən əvvəl özlərinə xəbərdar edən bir peyğəmbər gəlməyən qövmü xəbərdar edəsən deyə Rəbbin tərəfindən göndərilən haqq Kitabdır. Ola bilsin ki, onlar doğru yola yönələlər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra ərşə istiva edən (ərşi hökmranlığı altına alan) Allahdır. Ondan başqa heç bir dostunuz və şəfaətçiniz yoxdur. Yenə də düşünüb öyüd almırsınızmı?[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O, göydən yerə qədər hər bir işi idarə edir. Sonra (bütün işlər) sizin hesablamanıza görə min il qədər olan bir gündə Ona doğru yüksələr. (Bəzi təfsirçilərə görə, Allah dərgahındakı bir günün, insanların hesabladığı müəyyən bir müddətə bərabərliyi yoxdur. Yuxarıdakı ayədə, Allah dərgahındakı bir günün insanların hesabladığı min il kimi olduğu ifadə edildiyi halda, “Məaric” surəsində Allah dərgahındakı bir günün, insanların nəzdindəki əlli min il kimi olduğu bildirilir. Yəni, “gün” ifadəsi ilə müddətin uzunluğuna işarə edilir.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O, gizli olanı da, aşkar olanı da biləndir, yenilməz qüvvət sahibidir, rəhmlidir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O, yaratdığı hər şeyi gözəl yaratmış və insanı yaratmağa palçıqdan başlamışdır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Sonra onun nəslini həqir bir su olan nütfədən meydana gətirdi.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Sonra onu müəyyən bir surətə saldı və ona Öz ruhundan üfürdü. O sizin üçün gözlər, qulaqlar və ürəklər yaratdı. Nə qədər də az şükür edirsiniz! (Bir qisim təfsirçilərə görə, “Allahın Öz ruhundan üfürməsi” yaratdığı ruhu insana verməsi kimi başa düşülməlidir.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar: “Biz torpağa qarışıb yox olduqdan sonra yenidənmi yaradılacağıq?” - dedilər. Xeyr! Onlar Rəbbinə qovuşacaqlarını inkar edirlər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
De: “Sizin üçün təyin edilən ölüm mələyi canınızı alacaq, sonra siz Rəbbinizə qaytarılacaqsınız”.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Kaş günahkarlar Rəbbinin hüzurunda başlarını aşağı salıb: “Ey Rəbbimiz! Gördük və eşitdik. Elə isə, bizi (dünyaya) geri qaytar ki, yaxşı işlər görək. Biz yəqinliklə iman gətirdik”, - deyərkən onları görəydin.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Əgər Biz istəsəydik, əlbəttə, hər kəsə hidayət verərdik. Lakin “Cəhənnəmi bütövlüklə cinlər və insanlarla dolduracağam!” sözü Mənim tərəfimdən qərara alınmışdır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(O gün onlara belə deyiləcəkdir:) “Bu gününüzlə qarşılaşacağınızı unutduğunuza görə dadın əzabı! Şübhəsiz, biz də sizi unutduq. Etdiyiniz əməllərə görə dadın əbədi əzabı!”[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bizim ayələrimizə yalnız bu ayələrlə öyüd verildiyi zaman təkəbbürlənmədən səcdəyə qapanan və Rəbbini həmd ilə təsbeh edənlər iman gətirərlər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar qorxu və ümid içində Rəbbinə dua etmək üçün yataqdan qalxar və onlara verdiyimiz ruzidən infaq edərlər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Əməllərinin mükafatı olaraq onlar üçün göz aydınlığı olacaq nələr saxlandığını heç kim bilmir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Elə isə, mömin ilə fasiq bir olarmı?! Onlar eyni ola bilməzlər![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
İman gətirib yaxşı işlər görənlər üçün etdikləri əməllər müqabilində qalacaqları Məva cənnətləri vardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Fasiqlərə gəldikdə isə, onların qalacaqları yer cəhənnəmdir. Onlar hər dəfə oradan çıxmaq istədikdə, ora qaytarılacaqlar və onlara: “Yalanladığınız cəhənnəm əzabını dadın!” - deyiləcəkdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]