[Azərbaycan tərcüməsi]
Göylərdə və yerdə nə varsa, hamısı Allahı təsbeh edir. Hökmranlıq da, həmd də Ona məxsusdur. O, hər şeyə qadirdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Sizi yaradan Odur. Sizdən kafir olan da var, mömin olan da. Allah sizin etdiklərinizi görür.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O, göyləri və yeri haqq (hikmət) ilə yaratdı. Sizə surət verib surətlərinizi gözəlləşdirdi. Axır dönüş Onadır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O, göylərdə və yerdə olan hər şeyi bilir. Gizlədiklərinizi də, aşkar etdiklərinizi də bilir. Allah qəlblərdə olanları biləndir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Daha əvvəl inkar edənlərin xəbəri sizə gəlib çatmadımı? Onlar öz əməllərinin cəzasını (dünyada) daddılar. Onlar üçün (axirətdə də) acı bir əzab vardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bu ona görədir ki, peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirir, ancaq onlar: “Bir insanmı bizi doğu yola yönəldəcək?” - deyirdilər. Onlar inkar edib (haqdan) üz döndərdilər. Allah heç bir şeyə möhtac deyildir. Allah zəngindir, hər cür tərifə layiqdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
İnkar edənlər əsla dirildilməyəcəklərini iddia etdilər. De: “Bəli! Rəbbimə and olsun ki, siz dirildiləcəksiniz! Sonra etdiyiniz əməllər mütləq sizə xəbər veriləcəkdir. Bu, Allah üçün asandır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ona görə də Allaha, Peyğəmbərinə və nazil etdiyimiz nura (Qurana) iman gətirin! Allah sizin etdiklərinizdən xəbərdardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allah məhşər günündə sizi bir yerə cəm edəcəkdir. Məhz o gün aldanma günüdür. Kim Allaha iman gətirib yaxşı işlər görərsə, Allah onun günahlarının üstünü örtər və onu altından çaylar axan, əbədi qalacağı cənnətlərə daxil edər. Böyük uğur budur![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
İnkar edən və ayələrimizi yalanlayanlar cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar. Ora necə də pis bir dönüş yeridir![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allahın izni olmadıqca heç bir müsibət üz verməz. Kim Allaha iman gətirərsə, Allah onun qəlbini doğru yola yönəldər. Allah hər şeyi biləndir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allaha və Peyğəmbərə itaət edin! Əgər (haqq yoldan) üz döndərsəniz, bilin ki, elçimizin vəzifəsi ancaq açıq-aşkar təbliğ etməkdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allahdan başqa heç bir ilah yoxdur! Ona görə də möminlər yalnız Allaha təvəkkül etsinlər![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ey iman gətirənlər! Zövcələrinizdən və övladlarınızdan sizə düşmən olanlar vardır. Buna görə də onlardan ehtiyat edin! Ancaq əfv etsəniz, xoş görsəniz və (qüsurlarını) bağışlasanız, bilin ki, Allah da bağışlayandır, rəhmlidir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Şübhəsiz ki, mallarınız və övladlarınız bir sınaqdır. Böyük mükafat Allah dərgahındadır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bacardığınız qədər Allahdan qorxun, (sizə verilən öyüdlərə) qulaq asın, Ona itaət edin və öz xeyriniz üçün infaq edin! Nəfsinin xəsisliyindən qorunanlar əsil nicat tapanlardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Əgər Allaha gözəl bir borc versəniz, O sizin üçün onu (mükafatını) qat-qat artırar və sizi bağışlayar. Allah şükrün mükafatını verəndir, həlimdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Görüləni də, görülməyəni də bilən Odur. O, qüdrətlidir, hikmət sahibidir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]